Вернуться назад Распечатать

Fransa Putin-Tramp görüşünü tarixi adlandırıb

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın Alyaskadakı görüşünü tarixi adlandırıb.

1xeber.media xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.

Filippot qeyd edib ki, bu danışıqlar “qadağalar divarını” yıxıb. O, həmçinin əlavə edib ki, Fransa lideri Emmanuel Makron kimi "Avrofanatlar" da sammitdən qəzəbləniblər.

Avqustun 15-də Alyaskada Rusiya və Amerika liderlərinin dörd ildə ilk görüşü baş tutub. Tramp razılığın əldə olunmadığını etiraf etməklə yanaşı, görüşü on üzərindən on qiymətləndirib. Putin də öz növbəsində danışıqlardan məmnun olduğunu bildirib.