Вернуться назад Распечатать

Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırıq - Aİ

1xeber.media xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri Alyaskada keçirilən Rusiya-Amerika sammitinin yekunlarına dair birgə bəyanatda Rusiyaya təzyiq göstərməyə, o cümlədən bu ölkəyə qarşı sanksiyaları sərtləşdirməyə hazır olduqlarını təsdiqləyiblər. Sənədin mətni Avropa Komissiyasının saytında dərc olunub.

"Ukraynada döyüşlər davam etdikcə, biz Rusiyaya təzyiqi davam etdirməyə hazırıq. Həmçinin Rusiyanın müharibə iqtisadiyyatına təzyiq göstərmək üçün sanksiyaları sərtləşdirməyə və iqtisadi tədbirləri genişləndirməyə hazırıq", - bəyanatda deyilir.

Avropa liderləri Ukraynada ədalətli və davamlı sülh əldə olunana qədər bu siyasəti davam etdirəcəklərini vurğulayıblar.