Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə hazırdır.
Bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib.
O bildirib, əgər Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşma əldə olunmasa, Moskva yeni məhdudiyyətlərlə üzləşəcək:
"Rusiya hərbi əməliyyatları dayandırmayınca, sanksiyalar davam edəcək və ölkə iqtisadiyyatına daha çox təsir göstərəcək. Britaniyanın Ukraynaya dəstəyi lazım olduğu qədər davam edəcək".
K.Starmer həmçinin ABŞ Prezidenti Donald Trampın münaqişənin həllinə yönəlmiş səylərini yüksək qiymətləndirib və qeyd edib ki, bu mənada müharibənin sonu heç vaxt olmadığı qədər yaxın görünür.