Вернуться назад Распечатать

Tramp Avropa liderlərini Zelenski ilə görüşünə dəvət etdi

ABŞ prezidenti Donald Tramp Avropa liderlərini Ukrayna nizamlanması planını müzakirə etmək üçün avqustun 18-də Ağ Evdə Vladimir Zelenski ilə keçirəcəyi görüşə dəvət edib.

1xeber.media xəbər verir ki, məlumatı  “The New York Times” iki yüksək vəzifəli avropalı məmura istinadən yayıb.

Qəzetin yazdığına görə, dəvət Trampın avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəticələri ilə bağlı Avropa liderlərini məlumatlandırmasından sonra verilib. Bildirilir ki, ABŞ prezidenti Ukraynanın ərazi güzəştləri yolu ilə münaqişəyə son qoymaq planını dəstəkləyib.

Tramp Avropa liderlərinə bildirib ki, o, Birləşmiş Ştatların Ukraynaya birbaşa təhlükəsizlik zəmanəti verməsi üçün əvvəlkindən daha çox hazırdır. “The Wall Street Journal” qəzetinin yazdığına görə, lakin ABŞ-ın Ukraynanın təhlükəsizliyinin təmin edilməsində potensial iştirakının xarakteri dəqiqləşdirilməyib.