Вернуться назад Распечатать

Trampın Ukrayna ilə bağlı sülh təklifi üzə çıxıb

1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Avropa liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətində sülh razılaşması müqabilində Donbasdakı əraziləri Rusiyaya verməyi təklif edib.

“Tramp dərhal atəşkəs tələblərini rədd edib və hesab edir ki, Zelenski Donbasın qalan hissəsini Rusiyaya verməyə razılaşarsa, tezliklə sülh müqaviləsi bağlana bilər”, – qəzetin mənbələri bildirib.

Trampın Avropa liderlərinin də dəvət olunduğu Ağ Evdə Zelenski ilə gözlənilən görüş zamanı bu sülh planını müzakirə etmək niyyətində olduğu bildirilir. Bununla belə, qəzetin yazdığına görə, Alyaskadakı sammitdən sonra telefon danışığı zamanı onlar Trampın “mühüm müdafiə xətləri və zəngin faydalı qazıntı yataqları olan” əraziləri vermək təşəbbüsünü qəti şəkildə rədd ediblər.

Daha əvvəl NYT xəbər vermişdi ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə sammitdən sonra Ukraynadan və əsas Avropa müttəfiqlərindən ayrılıb və onun dərhal atəşkəsdən daha çox hərtərəfli sülh razılaşmasının zəruriliyi ilə bağlı fikirlərini qəbul edib.