Вернуться назад Распечатать

Putin müharibəni nə vaxta kimi davam etdirəcək?

Rusiya danışıqları sürükləyir və müharibəni tezliklə bitirmək niyyətində deyil.

Bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

"Putin danışıqları uzatmağa davam edir və bu qarışıqlıqdan zərərsiz çıxmağa ümid edir. O, qətlləri dayandırmaq üçün heç bir öhdəlik götürmədən Ankorici tərk etdi.

ABŞ-ın Rusiyanı ciddi danışıqlara məcbur etmək imkanı var və AB davamlı sülhü təmin etmək üçün Vaşinqton və Kiyevlə işləyəcək. Moskva müharibəni davam etdirə bilməyəcəyini anlayana qədər müharibəni dayandırmayacaq", - o bildirib.