"Zamex" kargo şirkətindən şikayət var.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, Rəqsanə Rəhmanova “Zamex” kargo şirkətinin xidmətindən narazılığını bildirib.
Onun sözlərinə görə, xaricdən göndərilən bağlamaları demək olar ki, 3 həftədən çoxdur ki, Azərbaycandakı anbarda qalır. "Call center" ilə əlaqə saxlamaq mümkün olmayıb; növbədə sırası 1 olmasına baxmayaraq, yarım saatdan bir saata qədər gözlədikdən sonra heç kəs cavab verməyib.
Qeyd edək ki, Amerika, Almaniya və Türkiyədən Azərbaycana çatdırılmanı həyata keçirən “Zamex”in ölkədə 40-dan çox filialı fəaliyyət göstərir. Şirkət həmçinin ölkədaxili daşınma xidmətləri göstərir.
“Zamex”in təsisçisi Akif Bayramovdur.
İnternet resurslarından əldə olunan məlumatlara görə, “Zamex” Marsol Groupun sponsorudur.
Qeyd edək ki, “Marsol” MMC-nin sədri Tural Mustafayevdir.