Вернуться назад Распечатать

Azərbaycan Dövlət Sərhəd Mühafizəsinin yaranmasından 106-cı il ötür...

Çətin və şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan, iqlim və relyefindən asılı olmayaraq ölkəmizin quru və su sərhədlərini sayıqlıqla qorumağa qadir olan Azərbaycan Sərhəd Mühafizəsinin 106 yaşı tamam olur.

Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə ehtiramla yanaşır, bu günündən qürur duyur, gələcəyinə inam hissi ilə baxır.

1xeber.media rəhbərliyi və kollektivi adından Azərbaycanın dövlət sərhədlərinin keşiyində şərəflə dayanan, Vətənimizin təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasında əvəzsiz xidmətlər göstərən igid sərhədçilərimizi ürəkdən təbrik edir, məsuliyyətli və fədakar xidmətlərində uğurlar arzulayırıq