Вернуться назад Распечатать

"Krokus" terrorçularının şəriki Dağıstanda məsciddə gizlənibmiş

Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalına hücum edən terrorçuların şəriki Zubaydullo İsmayılov tutulmaqdan qorxaraq Dağıstanda məsciddə gizlənib.

1xeber.media xəbər verir ki, bu barədə avqustun 18-də cinayət işinin materiallarına istinadən RİA Novosti məlumat yayıb.

İsmayılov 2024-cü il martın 31-də Dağıstanda keçirilən antiterror əməliyyatı barədə televiziya reportajından öyrənib.

"O, saxlanılacağından qorxurdu.  O, saxlanıldığı Dağıstan Respublikasının Novı Ağaçaul kəndindəki məsciddə gizlənib", - agentlik sənəddən sitat gətirir.