Вернуться назад Распечатать

Azərbaycanda 10 məktəbdə və 6 universitetdə ərəb dili tədris olunur

 
Azərbaycanda ərəb dilinə böyük maraq qalmaqdadır.

1xeber.media report-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Bakıda "Ərəb dili ayı"nın açılış mərasimində bildirib.

Onun sözlərinə görə, orta əsrlərdə azərbaycanlı alimlər, yazıçılar və şairlər ərəb dilində qiymətli əsərlər yaradaraq, İslam mədəniyyətinin inkişafına əhəmiyyətli töhfə veriblər.

"Sevindirici haldır ki, Azərbaycanda ərəb dilinə böyük maraq bu gün də qalmaqdadır: hazırda ərəb dili ölkənin 10 ümumtəhsil məktəbində və 6 aparıcı universitetində tədris olunur", - diplomat qeyd edib.

İssam bin Saleh əl-Cuteyli vurğulayıb ki, ərəb dili mədəniyyətlər və xalqlar arasında körpü rolunu oynamağa, biliyə və elmə xidmət etməyə, mədəni müxtəlifliyə, dialoqa və dünya sülhünə töhfə verməyə davam edəcək.