Вернуться назад Распечатать

Rusiya Sumda universitet binasını darmadağın etdi

Sum Dövlət Universitetinin binası Rusiya hücumu nəticəsində dağıdılıb.

Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu əvvəlcə ballistik raketlərlə, sonra isə PUA-larla zərbələr endirib. Nəticədə universitetin bir binası dağılıb.

Hadisə zamanı xəsarət alan və ya həlak olan olmayıb. Universitet əməkdaşları hazırda binadan bahalı avadanlıqları çıxarırlar.