Tanınmış jurnalist Sevil Nuriyeva həyat yoldaşı, iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirovun Türkiyədə azadlığa buraxəlmasına münasibət bildirib.
1xeber.media xəbər verir ki, Sevil Nuriyeva Teleqraf-a açıqlamasında mərhum həyat yoldaşının qatilinin azadlığa buraxılmasından xəbərdar olduğunu deyib.
O qeyd edib ki, məsələ ilə bağlı hüquq müstəvisində addımlar atılıb:
"Vəkilimiz lazım olan addımları atıb. Hazırda bu məsələ ilə məşğuldur".