Gələn ilin büdcə zərfinin müzakirəsinə əsasən bir sıra istiqamətlərdə artımlar gözlənilir. Bəs, peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət çəkən və xüsusi təyinatlı hərbçilərin maaşları artırılacaqmı?
1xeber.media xəbər verir ki,mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov Sonxeber.az-a danışıb.
O, açıqlamasında qeyd edib ki, xüsusi təyinatlı məsələlər üçün ayrılan vəsait 5 mliyarda yaxın məbləğ təşkil edir:
"Dövlət büdcəsindən ən çox xərclər müdafiə və təhlükəsizlik məsələləri üzrə ayrılır. Yəni, bu bir növ ənənəvi xarakter daşıyır. Hər il dövlət büdcəsində müdafiə və təhlükəsizlik məslələri ilə bağlı xərclər digərləri ilə müqayisədə çoxluq təşkil edir. Növbəti il üçün dövlət büdcəsindən müdafiə və təhlükəsizlik məsələləri üzrə xərclərə 8 mliyarddan çox vəsit ayrılmışdır.
Xüsusi təyinatlı məsələlər üçün ayrılan vəsait isə 5 mliyarda yaxın məbləğ təşkil edir. Bunun əməkhaqqı və ya hərbiçilərin maaşlarının artırılması baxımından necə bölüşdürüləcəyini indidən söyləmək çətindir".