Вернуться назад Распечатать

Ağ Evdə Zelenski üçün xüsusi mərasim təşkil olunub

 

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenskinin qarşılanma mərasimi keçirilir.

1xeber.media  xəbər verir ki, Avropa dövlət və hökumət başçıları fəxri qarovul tərəfindən qarşılandıqdan sonra əsgərlər ABŞ-ın bütün hərbi qüvvələrinin bayraqlarını, eləcə də Amerika və Ukrayna bayraqlarını digər girişə aparıblar. Məhz həmin qapıda yaxın dəqiqələrdə Zelenskinin qarşılanması nəzərdə tutulur.

Məlumata görə, Ukrayna liderini burada ABŞ Prezidenti Donald Tramp qarşılayacaq.