Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri - Donald Trampla Vladimir Zelenskinin görüşü başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Tramp Zelenskini Ağ Evdə qarşılayarkən jurnalistlər ondan ukraynalılara mesajını soruşublar.
Tramp qısa cavab verib:
"Biz onları sevirik".
Həmçinin Zelenski Trampa Ukraynanın birinci xanımı Yelena Zelenskayanın ABŞ-ın birinci xanımı Melaniya Trampa məktubunu təqdim edib.
“Ukraynanın birinci xanımı bu məktubu verdi. Amma sizə yox – sizin xanımınıza,” – deyə Zelenski zarafatla bildirib və otaqda gülüşə səbəb olub.