Rusiya və Ukrayna təkcə atəşkəs deyil, davamlı sülhə nail olmalıdır.
1xeber.media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp avqustun 18-də Ukrayna lideri Vladimir Zelenski ilə görüşündə deyib.
ABŞ prezidenti qeyd edib ki, onun həllinə kömək etdiyi digər münaqişələr atəşkəs olmadan həll olunub.
"Bizim davamlı sülhümüz olacaq. Ümid edirəm ki, bu, dərhal baş verəcək və ümid edirəm ki, bu elan ediləndə bütün dünyada insanlar sevinəcək", - Tramp deyib.