Вернуться назад Распечатать

Avropa liderlərindən biri Zelenski ilə görüşdə iştirak etməyib

Fransa prezidenti Emmanuel Makron ABŞ-a gec gəldiyi üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa liderləri arasında keçirilən görüşdə iştirak etməyib.

1xeber.media xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Görüş Zelenskinin Ağ Evə səfərindən əvvəl Ukraynanın Vaşinqtondakı səfirliyində baş tutub. Fransa liderinin danışıqlarda iştirak etməyi planlaşdırdığı və ya gec gəldiyi üçün ilkin olaraq səfirliyə getmək niyyətində olmadığı açıqlanmır.