Вернуться назад Распечатать

Nəbatət Bağına giriş neçəyə olacaq?

Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Mərkəzi Nəbatət Bağının əsaslı təmirdən sonra açılışı baş tutub.

xeber.media  Lent.az-a istinadən xəbər verir ki, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə, 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilən bağa giriş 2 manat təşkil edir.

Qeyd edək ki, 2022-ci il noyabrın 19-dan etibarən Mərkəzi Nəbatət Bağına ziyarətçilər üçün girişi bağlanmışdı.