Вернуться назад Распечатать

Rada Ukraynanın sərhədlərinin dəyişdirilməsini təklif edib

Ukrayna Ali Radası Donbasın Rusiyaya keçməsindən qorumaq üçün ölkə sərhədlərinin dəyişdirilməsi məsələsini qaldıracaq.

1xeber.media xəbər verir ki, bu barədə keçmiş deputat İqor Mosiyçuk Teleqram kanalında məlumat verib.

“Biz regionların sərhədlərini elə dəyişməliyik ki, Slavyansk, Kramatorsk və Donbasın digər yaşayış məntəqələri Dnepropetrovsk və Xarkov vilayətlərinə getsin və heç kimə heç nə vermək lazım deyil, çünki bunlar artıq Donetsk və Luqansk vilayətlərinin şəhər və kəndləri olmayacaq”, - o təklif edib.

Mosiyçukun sözlərinə görə, bu fikir deputat Anna Skoroxodla söhbət zamanı səsləndirilib. O qeyd edib ki, yaxın vaxtlarda Ali Radaya müvafiq qanun layihəsi təqdim olunacaq.

Bundan əvvəl məlum olub ki, Ukrayna lideri Vladimir Zelenski ilə amerikalı həmkarı arasında keçirilən görüşdə jurnalist Kiyevin ərazi güzəştləri ilə bağlı sual verib. Zelenski suala birbaşa cavab verməyib.