Вернуться назад Распечатать

Tramp Ukrayna üçün Amerika silahlarının ödənilməsindən danışıb

Şimali Atlantika Alyansı (NATO) Amerikanın Ukraynaya tədarük etdiyi silahların xərclərini öz üzərinə götürəcək.

1xeber.media xeber verir kiç Bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə görüşündə deyib.

ABŞ rəhbərinin sözlərinə görə, Vaşinqton alyansa avadanlıq satır, dünyanın ən yaxşı avadanlıqlarını verir.

Amerika və Ukrayna liderlərinin görüşü avqustun 18-i bazar ertəsi axşam başlayıb. Zelenski ilə rəsmi hissə bitdikdən sonra Tramp Avropa liderlərini qəbul edəcək. Sonra o, Rusiya prezidenti Vladimir Putinlə telefonla əlaqə saxlamaq niyyətindədir.