Вернуться назад Распечатать

Rusiyanın SOCAR-a zərbəsinin qisası alındı

Rusiyanın “Lukoyl” şirkətinə məxsus Volqoqrad Neft Emalı Zavodu dron hücumları nəticəsində fəaliyyətini dayandırıb.

1xeber.media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Volqoqradda Ukrayna pilotsuz təyyarələrinin hücumundan sonra “Lukoyl” neft emalı zavodunun ərazisində yanğın baş verib.

Burada neft emalının ən azı sentyabrın ortalarına qədər dayandırıldığı açıqlanıb.

Qeyd edək ki, son vaxtlar Rusiya Ukraynada Azərbaycan  Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazalarına və yanacaqdoldurma məntəqələrinə zərbələr endirirdi.