Вернуться назад Распечатать

İsrail Xarici İşlər Nazirliyi Rusiyaya yeni səfir təyin edib

İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini və Yaxın Şərq departamentinin rəhbəri Oded Yosef Rusiyaya səfir təyin edilib.

1xeber.media xəbər verir ki,  bu barədə avqustun 19-da İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İsrail Xarici İşlər Nazirliyinin Xarici Diplomatik Nümayəndəliklərin Rəhbərlərinin Təyinatı Komitəsi. Oded Yosifin İsrailin Rusiya Federasiyasındakı səfiri təyin edilməsinə qərar verib”, - deyə departamentin Telegram kanalında bildirilib.

Təyinat tezliklə İsrail hökuməti tərəfindən təsdiqlənməlidir.