Вернуться назад Распечатать

Sabah bu rayonun 18 yaşayış məntəqəsi qazsız qalacaq

Sabah Cəlilabada orta məktəbə qazın verilməsi ilə əlaqədar 18 yaşayış məntəqəsi qazsız qalacaq.

1xeber.media xəbər evrir ki, Cəlilabad rayon ərazisində yerləşən Ocaqlı kəndindəki 1 saylı tam orta məktəbə təbii qazın verilməsi məqsədilə aparılacaq işlər ilə əlaqədar olaraq, 18 yaşayış məntəqəsində – Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Gülməmmədli, Ətçələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı, Cəlayir və Qarazəncir kəndlərində, ümumilikdə 4200 abonentin təbii qaz təchizatının sabah saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək xahiş edilir.