Almanların demək olar ki, 70%-i Almaniya kansleri Fridrix Merzin işindən razı deyil.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 19-da N-tv kanalı Forsa İnstitutunun sorğusunun nəticələrinə istinadən məlumat yayıb.
“Forsa”nın məlumatına görə, almanların cəmi 30%-i Merzin işini qənaətbəxş hesab edir, respondentlərin 67%-i isə bundan narazıdır. Bundan əlavə, daha kiçik seçmədə hər on respondentdən yeddisi əmindir ki, Almaniya kansleri öz işində xarici siyasətə üstünlük verir.
Həmçinin, sorğu iştirakçılarının 78%-i hesab edir ki, Merz seçki vədlərini yerinə yetirmək iqtidarında deyil.