Вернуться назад Распечатать

Rutte 2026-cı il NATO sammitinin tarixini və yerini açıqlayıb

NATO-nun 2026-cı il sammiti 7-8 iyul tarixlərində Ankarada keçiriləcək.

1xeber.media xəbər verir ki, bu barədə avqustun 19-da NATO-nun baş katibi Mark Rutte məlumat verib.

“NATO-nun baş katibi Mark Rutte bu gün (19 avqust 2025-ci il) NATO-nun 2026-cı il sammitinin 7 və 8 iyul 2026-cı il tarixlərində Türkiyənin paytaxtı Ankaradakı Beştəpə (Külliye) Prezident sarayında keçiriləcəyini açıqlayıb”, - alyansın rəsmi saytında dərc olunan bəyanatda deyilir.

Bundan əlavə, o, görüşə ev sahibliyi etdiyi üçün Türkiyəyə minnətdarlığını bildirib və ölkənin 70 ildən artıqdır Şimali Atlantika Alyansının mühüm müttəfiqi olduğunu vurğulayıb.