Вернуться назад Распечатать

Aİ Ukrayna ilə bağlı planlarını açıqlayıb

Avropa İttifaqı (Aİ) Ukraynaya Şimali Atlantika müqaviləsinin 5-ci maddəsinə bənzər təminatlar vermək istəyir.

1xeber.media xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Antonio Kosta bildirib.

"ABŞ-ın ardıcıl iştirakı ilə NATO-nun 5-ci maddəsinə bənzər Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasının vaxtı çatıb", - Kosta bildirib.

Avropa Şurası rəhbərinin sözlərinə görə, Ukrayna qoşunları Aİ üçün “birinci müdafiə xətti”nə çevrilməlidir. O, həmçinin Ukraynaya bütün hərbi yardımların “gücləndirilməsinə və blokdan çıxarılmasına” çağırıb.

Bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Aİ-nin Rusiya ilə razılaşmalara etibar etmədiyini və Ukrayna Silahlı Qüvvələrinə təlim keçəcəyini, həmçinin Moskvaya qarşı sanksiyaları davam etdirəcəyini bildirmişdi.