Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti, 19-cu sanksiyalar paketi gələn aya hazır olmalıdır.
1xeber.media xəbər verir ki, bunu avqustun 19-da Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas bildirib.
“Moskvaya qarşı növbəti sanksiyalar paketi gələn aya hazır olmalıdır”, o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Kallas əlavə edib ki, Aİ Rusiya iqtisadiyyatına təsirini davam etdirəcək.