Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini maarifləndirmə tədbirlərinin təşkili məqsədilə planlaşdırdığı 298.208,72 manat dəyərindəki satınalma prosedurunu ləğv edib.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, ləğv qərarına səbəb olaraq “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsi göstərilib. Qanunvericiliyə əsasən, satınalmada iştirak etmək üçün tələb olunan şərtlərə — təklif, təklifin təminatı və müvafiq lisenziya və ya icazə — cavab verən təchizatçıların sayı üçdən az olduğuna görə tenderin keçirilməsi mümkün olmayıb.
Komitənin rəsmi açıqlamasında qeyd olunub ki, qanunla müəyyən edilmiş minimal təchizatçı sayı təmin edilmədiyindən prosedur dayandırılıb.
Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Ələmşah oğlu Məmmədovdur.