Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhər ərazisində abadlıq işləri çərçivəsində 338.042,41 manat məbləğində mal-materialların satın alınması üçün tender elan edib.
Tenderə əsasən, Mingəçevirdə böyüklər üçün mini futbol meydançası, idman qurğuları meydançası və fərqli əzələ qruplarını işlədən açıq hava fitnes trenajorları quraşdırılacaq. Alınacaq qurğular arasında bunlar yer alır:
Ayaq, sinə, çiyin və qol əzələlərini işlədən, dözümlülüyü artıran çoxfunksiyalı fitnes qurğusu
Baldır, bud, omba və qarın əzələlərini işlədən hava gəzintisi trenajoru
Ayaq, omba, qarın və kürək əzələlərini işlədən hava gəzintisi aləti
Bel, qarın, onurğa və omba əzələlərini işlədən gövdə fırlanma trenajoru və s.
Qeyd edək ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri isə Şəhriyar Mustafayevdir.