Səhiyyə Nazirliyinin “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” publik hüquqi şəxsi tibbi, maşın və texniki avadanlıqların satın alınması ilə bağlı elan etdiyi 532.770 manat dəyərində tenderi ləğv edib.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, ləğv qərarı “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsi ilə əsaslandırılıb. Müvafiq olaraq, satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, eyni zamanda lazımi lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə müsabiqə keçirilməyib.
Tenderin predmeti əsasən kondisionerlər, eləcə də biokimyəvi və immunokimyəvi analizatorların eyni platformada birləşdirilmiş forması kimi tibbi avadanlıqların alınmasını nəzərdə tuturdu.
Xatırladaq ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovadır.