Вернуться назад Распечатать

Ən şanslı qrup hansıdır?Abituriyentlərin diqqətinə

Ali məktəblərə qəbul üçün elektron ixtisas seçimi yekunlaşdı. Yaxın günlərdə nəticələr elan olunacaq.

1xeber.media xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib.

“Bu il ən şanslı qrup I ixtisas qrupu oldu. 200 balı keçən hər bir abituriyent tələbə olacaq. Hətta böyük sayda plan yerləri boş qalacaq.

Ən çətin vəziyyət isə III ixtisas qrupunda müşahidə olunur. Burada ciddi bal artımı var və bu istiqamətə yenidən baxılması vacib görünür.

Bu il abituriyentlər üçün ən rahat qəbul imkanı I qrupda, ən çətin yarış isə III qrupda yaşandı”, - deyə ekspert qeyd edib.