Вернуться назад Распечатать

Ukrayna ərazi itkilərini qəbul etməlidir - Fitso

Rusiya ilə münaqişənin bitməsi üçün Ukrayna NATO üzvlüyündən imtina etməli və ərazi dəyişikliklərini qəbul etməlidir.

1xeber.media xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso deyib.

"Ukraynanın NATO üzvü ola bilməyəcəyini anlamaq, münaqişənin başa çatmasının birinci və əsas şərtidir. Müharibə vaxtı hamı general olur, amma mən daha əvvəldən bu məsələdə fikrimi açıq bildirmişdim, baxmayaraq ki, bu mövqeyimə görə məni tənqid edirdilər", – Fitso qeyd edib.