Вернуться назад Распечатать

Leyla Abdullayeva Bakıya yeni təyin olunan həmkarı ilə fotosunu paylaşdı

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laqutu ölkəmizdə yeni səfir postuna təyin olunması münasibətilə təbrik edib.

1xeber.media  xəbər verir ki, diplomatımız bu barədə özünün X səhifəsində yazıb. 

"Sizi səmimi qəlbdən təbrik edirəm, əziz həmkarım Sofi Laqut. Ümidvaram ki, birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək", - deyə o qeyd edib. 

Fransalı diplomat isə azərbaycanlı həmkarına xoş qarşılaması üçün təşəkkür edib: "Bakıya gələcək missiyama hazırlıqla bağlı apardığımız müzakirələrə görə təşəkkür edirəm. 

İki ölkə arasında əlaqələri gücləndirmək üçün tezliklə müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm!"