Вернуться назад Распечатать

Lavrov Kallasın Rusiya ilə bağlı bəyanatını diplomatik metodların deqradasiyası adlandırıb

Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın Rusiya ilə müqavilələrə inamsızlığı ilə bağlı açıqlamaları Avropa İttifaqının (Aİ) xarici siyasət metodlarının deqradasiyasını nümayiş etdirir.

1xeber.media xəbər verir ki, bunu avqustun 20-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

“Bu, diplomatiya deyil, bu, artıq xarici siyasət metodlarının deqradasiyasıdır, mahiyyət etibarı ilə Avropa İttifaqı yalnız sanksiyalara köklənir”, - nazir mətbuat konfransında qeyd edib.

O əlavə edib ki, Aİ açıq şəkildə qəsdən qarşıdurma xəttini davam etdirir.