Вернуться назад Распечатать

Əfqanıstanda yol qəzasında ölənlərin sayı 79-a çatıb

Əfqanıstanın qərbindəki Herat əyalətində avtobus, motosiklet və “Mazda” markalı yük maşınının iştirakı ilə baş verən yol qəzasında azı 79 nəfər ölüb.

1xeber.media xəbər verir ki, bu barədə avqustun 20-də yerli hakimiyyət orqanlarına istinadən Pajhwok xəbər agentliyi məlumat yayıb.

Məqalədə deyilir: “Qərbi Herat əyalətində baş vermiş yol qəzasında ən azı 79 nəfər  həlak olub.

Qeyd olunur ki, həlak olanların 76-sı İrandan bir müddət əvvəl qayıdan miqrantlardır. Nəşrin məlumatına görə, daha üç nəfər yaralanıb və onlar tez bir zamanda yerli xəstəxanalara çatdırılıb.