Вернуться назад Распечатать

Rusiya Böyük Britaniyanın sanksiyalarına cavab verib

Böyük Britaniyanın yeni sanksiyalarına cavab olaraq Rusiya ölkəyə girişi qadağan edilən şəxslərin siyahısını genişləndirib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Londonun davam edən qarşıdurma kursuna cavab olaraq  bir sıra media, QHT, konsaltinq strukturları və Böyük Britaniya ekspert icmasının nümayəndələrinin Rusiyanın “stop siyahısı”na daxil edilməsi barədə qərar qəbul edilib”, - nəşr yazır.

Britaniyanın sanksiyalarına cavab tədbirləri çərçivəsində 21 nəfərin Rusiyaya girişi məhdudlaşdırılıb. Xarici İşlər Nazirliyi Rusiyanın stop-listinin genişləndirilməsi üzrə işlərin davam etdiriləcəyinə əmin olub.

Bundan əvvəl Böyük Britaniya Rusiya əleyhinə sanksiyaların siyahısını səkkiz maddə ilə genişləndirib.