1xeber.media xəbər verir ki, Petropavlovsk-Kamçatskidən 93 km aralıda 5,1 bal gücündə zəlzələ baş verib. Seysmik hadisə ilə bağlı məlumat avqustun 20-də Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında yer alıb.
Zəlzələnin ocağı 51 km dərinlikdə yerləşdiyi qeyd edilir.
Həmin gün səhər saatlarında Saxalin vilayətinin Severo-Kurilsk bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət şəhərdən 92 km aralıda baş verib.