Вернуться назад Распечатать

İngiltərədə Litvanın Rusiyadan müdafiə planları üzə çıxıb

Litva, ehtimal edilən işğal halında ona qarşı çıxmaq üçün Rusiya ilə sərhəddə müdafiə xətti tikmək qərarına gəlib.

1xeber.media xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail (DM) nəşri məlumat yayıb.

Qəzet yazır ki, “Litva Rusiya və Belarusla sərhəddə 30 mil (48 kilometr, — Lenta.ru qeydi) müdafiə strukturları xətti yaratmaq planlarını açıqlayıb ki, bu xəttə minalanmış sahələr və körpülər daxil olacaq ki, onlar da Rusiya işğalı zamanı partladılacaq”.

Bu planların Baltikyanı ölkələrin müdafiəsini gücləndirmək səylərinin bir hissəsi olduğu vurğulanır. Mövcud sədlərə maneələr qoymaqla sərhədləri möhkəmləndirməyə çalışırlar. Bunun üçün Avropa İttifaqından maliyyə yardımı tələb olunacağı qeyd olunur.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya respublika ərazisindən Polşa, Baltikyanı ölkələr və Ukraynaya hücum etmək niyyətində deyil.