Rusiya prezidenti Vladimir Putin ölkənin etibarlı nüvə qalxanına malik olduğunu bildirib. Rusiya lideri bunu ölkənin nüvə sənayesinin işçilərini və veteranlarını 80 illik yubileyi münasibətilə təbrikində qeyd edib.
1xeber.media xəbər verir ki, Teleqram Kremlin saytında yerləşdirilib.
“Biz nüvə layihəsinin görkəmli qurucularının, istedadlı alimlərin, mühəndislərin və mütəxəssislərin çoxlu nəsillərinin adları ilə haqlı olaraq fəxr edirik”, - teleqramda deyilir. Putin vurğulayıb ki, məhz onların sayəsində nüvə qalxanı yaratmaq mümkün olub.
Rusiya prezidenti həmçinin qeyd edib ki, son 80 ildə ölkədə yeni müəssisələr, elmi-tədqiqat institutları, konstruktor büroları fəaliyyətə başlayıb, vahid elmi-sənaye kompleksi tikilib.
Bundan əvvəl məlum olmuşdu ki, yaxın illərdə Rusiya 1980-1990-cı illərdə inşa etdiyi 3-5 nüvə sualtı qayıqlarının modernləşdirilməsini başa çatdıracaq.