İsrail Müdafiə Qüvvələri (IDF) 2025-ci il martın 18-dən Qəzza zolağında 10 mindən çox hədəfə hücum edib və 2 min silahlı radikalı məhv edib.
1xeber.media xəbər verir ki, büvafiq məlumat avqustun 20-də idarənin rəsmi saytında dərc edilib.
“Cənub Komandanlığı altında quru əməliyyatlarının bərpasından sonra 2000-ə yaxın terrorçu məhv edilib, beş diviziya quruda fəaliyyət göstərir, iki əsas dəhliz yaradılıb və 10 minə yaxın hədəf vurulub”, - məlumatda deyilir.
Bundan əlavə, İDF-nin məlumatına görə, İsrail Gideonun arabaları əməliyyatı zamanı anklav ərazisinin 75%-nə nəzarəti ələ keçirib. Bildirilir ki, əraziyə nəzarət İsrail ordusuna Fələstinin HƏMAS hərəkatının infrastrukturuna zərbələr endirməyə və hərəkatın şaquli komandanlığını “məhv etməyə” imkan verib.