Вернуться назад Распечатать

Belqorodda avtomobil partladıldı

Belqorod vilayətinin Krasnoyaruj rayonunda avtomobilin partlayıcı qurğuya çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

1xeber.media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat yayıb.

"Krasnoyaruj rayonunda iki mülki şəxs yaralanıb. Kolotilovka - Repyaxovka şossesində avtomobil partlayıcı qurğu ilə partladılıb", - o bildirib.