Вернуться назад Распечатать

Meloninin Ukrayna ilə bağlı gözlənilməz planı...

İtaliyanın baş naziri Corciya Meloni NATO qoşunları yeridilmədən Ukraynaya təhlükəsizlik təminatının verilməsi planını təklif edir.

1xeber.media xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Agentliyin məlumatına görə, İtaliya baş nazirinin təklifi Ukraynanı NATO-ya qəbul etmək cəhdlərindən imtina etməyi nəzərdə tutur.

Eyni zamanda, plan alyansa üzv ölkələrin Ukraynaya hücum olacağı təqdirdə 24 saat ərzində cavab vermək və hərbi dəstək vermək öhdəliyini nəzərdə tutan müqavilələr bağlaya biləcək mexanizminin yaradılmasını ehtiva edir.