1xeber.media xəbər verir ki, “Indian Express” avqustun 20-də bildirib ki, Pakistan hakimiyyəti çərşənbə günü Hindistan təyyarələrinin ölkənin hava məkanında uçmasına qoyulan qadağanı sentyabrın 23-dək uzadıb.
"Bütün Hindistan aviaşirkətlərinə Pakistanın hava məkanından istifadə qadağan ediləcək. Qadağa Hindistana məxsus və ya icarəyə götürdüyü hərbi və mülki təyyarələrə də şamil edilir", - nəşr yazır.
Qeyd olunur ki, qadağa ilkin olaraq aprelin 23-də bir ay müddətinə tətbiq edilib.