Alyaskada keçirilən Rusiya-Amerika sammiti Ukraynada münaqişənin nizamlanmasının konturlarının və parametrlərinin müəyyənləşdirilməsində mühüm irəliləyişin əldə olunmasına kömək etdi.
1xeber.media xəbər verir ki, prezidentlər Vladimir Putin və Donald Tramp arasında keçirilən görüşün yekunları barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Tramp və Putin arasında görüş avqustun 15-də baş tutub.Ümumilikdə “üçdən üçə” formatında ən yüksək səviyyədə keçirilən sammit 2 saat 45 dəqiqə davam edib. Amerika liderinin sözlərinə görə, tərəflər “çox çox” məqamlarda razılığa gələ biliblər.