Вернуться назад Распечатать

Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi

Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) əməkdaşı, mayor Erkin Ələkbərov vəfat edib.

1xeebr.media xəbər verir ki, bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Erkin Ələkbərov 36 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Erkin Ələkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, daha sonra Milli Qvardiyada xidmət edib. Onu da bildirək ki, Erkin Ələkbərov Azərbaycan Milli Karate yığmasının üzvü, Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı və İslam Oyunlarının qızıl medalçısı Tural Ələkbərlinin qardaşıdır.  E.Ələkbərovun ölümünün səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.