Вернуться назад Распечатать

Qriqoryan Bakı ilə razlaşmalar barədə Şoyquya məlumat verdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında telefon danışığı baş tutub.

1xeber.media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından məlumat verilib.

“Qriqoryan Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş razılaşmalar barədə Şoyquya məlumat verib, sülhün bərqərar olmasının bütün region ölkələrinin maraqlarına cavab verəcəyinə ümid etdiyini bildirib”, - məlumatda qeyd olunub.