Вернуться назад Распечатать

Ağdərədə yanğın zamanı mina partladı: yaralanan var

Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib.

1xeber.media xəbər verir ki, partlayış zamanı yanğınsöndürən Babək Zeynalov yaralanıb.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur.

Hazırda yanğının söndürülməsi işləri davam edir.