1xeber.media xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz paylaşıb. O. Gündüz yaranan problemin Rusiyadan qaynaqlana biləcəyini də istisna etməyib: "Mövcud siyasi konteksti nəzərə alsaq, bu hücumun mənbəyinin Rusiyadan ola biləcəyi ehtimalı istisna edilmir. Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı daha da gücləndirir. Rusiya dövlətlərarası gərgin münasibətlərdə kiberhücumlardan daha çox istifadə edən ölkələr sırasındadır. Unutmayaq ki, Azərbaycanın beynəlxalq internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunur. Bu isə ölkəmizi müəyyən risklər qarşısında qoyur."
Xatırladaq ki, Rusiya daha öncə Ukraynada yerləşən SOCAR strukturlarına bir neçə dəfə hücumlar edib.Mütəxəssis qeyd edib ki, bu hadisə bir daha göstərdi ki, kritik infrastrukturun təhlükəsizliyi strateji məsələdir: "Ölkə üçün rəqəmsal suverenlik yalnız daxili təhlükəsizliklə deyil, həm də xarici asılılıqların azaldılması ilə mümkündür. Buna görə də, alternativlərin, Transxəzər fiber-optik layihəsi kimi alternativ marşrutların sürətləndirilməsi, internet trafikinin diversifikasiyası və müstəqil çıxış kanallarının yaradılması Azərbaycanın informasiya təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir."