Вернуться назад Распечатать

G7 İrana çağırış etdi: Nüvə silahı...

İran heç vaxt nüvə silahı əldə etməməlidir.

1xeber.media xəbər verir ki, bu barədə G7-nin Nüvə Silahlarının Yayılmaması Direktorlarının bəyanatında bildirilib.

Qrup Yaxın Şərqdə davamlı sülh və sabitliyə sadiqliyini vurğulayaraq, Tehranın nüvə proqramı ilə bağlı hərtərəfli, yoxlanıla bilən və qalıcı razılaşma əldə etmək üçün danışıqların bərpasına çağırıb.

"İran hökuməti Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) tərəfi olaraq qalmalı və nüvə silahı olmayan dövlət kimi öz öhdəliklərini tam şəkildə yerinə yetirməlidir", - bəyanatda qeyd olunub.

G7 həmçinin Tehranı təxribat xarakterli hərəkətlərdən çəkinməyə və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə dərhal və tam əməkdaşlığı bərpa etməyə, İrandakı bütün nüvə materialları haqqında yoxlanıla bilən məlumatı təqdim etməyə çağırıb.