Вернуться назад Распечатать

Tramp Putin və Zelenski görüşünün təşkilindən imtina etdi

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna Prezidentləri Vladimr Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək fikrindən yayınıb.

1xeber.media xəbər verir ki, bu barədə məlumatı "The Guardian" nəşri əldə edib.
Nəşrin məlumatına görə, Tramp hesab edir ki, Moskva və Kiyev prezidentlərin üzbəüz danışıqlarının təşkili ilə özləri məşğul olmalıdır, çünki onun fikrincə, bu, müharibənin sona çatdırılması üçün növbəti addım olmalıdır.
ABŞ lideri həmçinin müşavirələrinə bildirib ki, Putin və Zelenski görüşdükdən sonra öz iştirakı ilə üçtərəfli sammit keçirməyi planlaşdırır.